<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>502</hymn_number>
<title>Rəbbə layiqli övlad deyildim İL502</title>
<lyrics>[V1]
 Rəbbə layiqli övlad deyildim,
 Müqəddəs Allahı duya bilmirdim.
 Günah içində tamam itmişdim,
 Axtarıb Sən tapdın məni, Allahım.

[C1]
   Əzablı günümdə mənə acıdın,
   Əzabı qəlbimdən çəkib qopardın.
   Getdiyin yol ilə məni apardın,
   Minnətdaram Sənə, mənim Allahım.

[V2]
 Yox idi dünyada mənim təsəllim,
 Həqiqət deyildi aldığım təlim.
 Hey axtarırdım mən yaxşı müəllim,
 Sən çıxdın qarşıma, mənim Allahım.

[V3]
 Qurumurdu heç axan göz yaşlarım,
 Günahlı idi mənim keçmiş yollarım.
 Gücüm yox idi Sənə yalvarım,
 Sən xilas etdin, mənim Allahım.</lyrics>
</song>